“Lukoil” ən böyük xarici aktivini itirir - İraq Rusiya şirkətini qovur

İraq Neft Nazirliyi sanksiyalar tətbiq edilən Rusiyanın neft nəhəngi “Lukoil”-in “Qərbi Qurna-2” yatağındakı payını Amerika şirkətlərinə satır.
Avtosfer.az xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, nazirlik bu məsələ ilə bağlı ABŞ neft şirkətləri ilə birbaşa danışıqlar təşkil etmək planlarını açıqlayıb.
İraq tərəfi konkret şirkətlərin adlarını çəkməsə də, “ExxonMobil” və “Chevron” artıq Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən sanksiyalar çərçivəsində “Lukoil”-in beynəlxalq aktivlərinin ən azı bir hissəsində maraqlı olduqlarını ifadə ediblər.
14 milyard barel ehtiyata və təxminən 500.000 barel gündəlik hasilata malik “Qərbi Qurna-2”, “Lukoil”-in xaricdəki ən böyük neft aktividir. Rusiya şirkəti bu yataqda 75% paya sahibdir.
İraq Neft Nazirliyinin açıqlamasında deyilir: "Yatağın idarə olunmasının Amerika neft şirkətinə verilməsi qarşılıqlı maraqlara xidmət edəcək, qlobal bazarların sabitliyini gücləndirəcək və İraqın neft hasilatını və bazar payını təmin edəcək". Lakin nazirlik “Lukoil”-in payının satışı ilə bağlı yekun razılaşmanın bağlanması üçün gözlənilən müddəti dəqiqləşdirməyib.
“Bloomberg”-in qeyd etdiyi kimi, İraqın “Lukoil”-in payının satışına Amerika şirkətlərini cəlb etməsi Vaşinqtonun strateji maraqlarına uyğundur və eyni zamanda Bağdadın Amerika şirkətləri ilə enerji əlaqələrini dərinləşdirmək niyyətini göstərir.
Qeyd edək ki, noyabrın 10-da “Lukoil” 2010-cu illərin əvvəllərindən bəri inkişaf etdirdiyi “Qərbi Qurna-2”-də fors-major vəziyyət elan etdi. İraq hökuməti Rusiya şirkətinə bütün nağd pul və neft ödənişlərini dayandırdı. Bir neçə gün əvvəl isə İraqın dövlət neft şirkəti “SOMO” “Lukoil”-in üç neft daşınmasını ləğv edib. Daha sonra İraq hökuməti “Lukoil”-in “Qərbi Qurna-2” neftinin paylanması üçün məsuliyyəti öz üzərinə götürdü və sanksiyalara baxmayaraq fasiləsiz tədarükü təmin etdi.
Xatırladaq ki, ABŞ oktyabr ayında Kremli Ukraynadakı müharibəyə son qoymağa məcbur etmək üçün “Lukoil”-ə və “Rosneft”-ə sanksiyalar tətbiq etdi. Daha sonra ABŞ Maliyyə Nazirliyi “Lukoil”-ə Rusiya xaricindəki əməliyyatlarını başa vurmaq üçün cəmi bir ay vaxt verdi, lakin noyabrın ortalarında ABŞ hakimiyyəti müvəqqəti lisenziyanı 13 dekabra qədər uzatdı. İndi Avropa və Afrikadan Yaxın Şərqə qədər 11 ölkədə aktivləri olan şirkət xarici aktivlərini tələsik satmaq məcburiyyətində qalıb. Ancaq buna asanlıqla nail ola bilməyəcəyi və milyardlarla dollar itki verəcəyi şübhəsizdir./azpolitika
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









