Mağazalar bağlandı: Metronun "20 Yanvar" stansiyası zibil altında qaldı - VİDEO - YENİLƏNİB

Xəbərlər 6 Sentyabr 2024 11:36 Oxunub 206
Mağazalar bağlandı:  Metronun "20 Yanvar" stansiyası zibil altında qaldı - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakı Metropoliteni" QSC-dən metronun "20 Yanvar" stansiyasının yeraltı keçid hissəsinin tullantılarla zibillənməsi məsələsinə münasibət bildirilib.

Bu barədə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ərazi qurumun tabeliyində deyil:

"Bakı Metropoliteni"nin orada hər hansı işlərlə məşğul olma səlahiyyəti yoxdur. Ümumiyyətlə, "Bakı Metropoliteni"ndə təmizlik işinin təşkili, yerinə yetirilməsi, işlərin normativlərə bölünmə prinsipi və digər məsələlər "Bakı Metropoliteni"nin səlahiyyətində deyil".

***

Metronun "20 Yanvar" stansiyasının keçidi acınacaqlı durumdadır.

Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən ərazidəki bütün mağazalar bağlanıb. Alış-veriş tamamilə dayandırılıb. Mağazalar fəaliyyət göstərdiyi vaxtı həmişə təmiz və səliqəli olar ərazi hazırda zibilxanaya çevrilib.

Videodan göründüyü kimi, insanlar paketlərdə olan zibilləri yerə atıb və heç bir təmizlik işləri də aparılmır, stansiyanın keçidində antisanitariya hökm sürür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh