Təyyarə salonundakı ilan təcili enişə səbəb olub - VİDEO
Xəbərlər
12 Fevral 2022 10:58
Oxunub 1124

Malayziyada paytaxt Kuala-Lumpurdan Tavauya uçan “AirAsia” Hava Yollarına məxsus təyyarəyə ilan girib.
Təyyarənin yuxarı kupesində olan ilan sərnişinlər tərəfindən qeydə alınaraq görüntülənib. Sosial mediada paylaşılan videodan sonra “AirAsia”nın baş təhlükəsizlik zabiti Lionq Tien Linq insidentlə bağlı açıqlama verərək bildirib ki, şirkət cümə axşamı baş verən hadisədən xəbərdardır.
Onun sözlərinə görə, təyyarənin kapitanı məsələni öyrənən kimi təcili enişə gedib.
“Təyyarə dezinfeksiya olunmaq üçün Kuçinqə yönləndirilib. Kapitan sərnişinlərin və ekipajın təhlükəsizliyini ön planda tutaraq uyğun addımlar atıb”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, insident zamanı xəsarət alan olmayıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













