Masallı icra hakimiyyətində yeni TƏYİNAT

Masallı rayonunun İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı təyinat alıb.
Qəşəm Hamil oğlu Hadıyev Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində orta təhsil alıb, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini bakalavr dərəcəsi üzrə bitirib.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamələrtində gedən döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi verilib.
Ailəlidir, 3 övladı var./oxu.az
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı










