Masallıda 5 yaşayış məntəqəsinin yollarının yenidən qurulmasına başlanıldı - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı rayonunda uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-Allahyarlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
Avtosfer.az AAYDA-ya istinadən xəbər verir ki, avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan əhalinin gediş-gəlişini, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Layihəyə uyğun olaraq yenidənqurma işləri texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur.
Tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan işlər çərçivəsində əsasən yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun qurulur.
“İnşaat Norma və Qaydaları”na əsasən hazırda yolda torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə üzrə zəruri yerlərdə mövcud körpülərinin təmiri və tikinitisi də nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla avtomobil yolu müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir
























