Maşın bazarında ağac kəsən avtosalon sahibi cəzalandırılacaq - Rəsmi açıqlama - VİDEO

Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib.
Yasamal rayonu, Xarici Dairəvi Yol 4 ünvanında ağacın kəsilməsi və dibinə neft məhlulunun tökülməsi ilə bağlı daxil olan şikayət əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı "Avtoinvest" MMC-yə məxsus ərazidə tut ağacının sərt budanaraq zədələndiyi müəyyən edilib. Ağacın dibinə tökülən maddənin tərkibinin müəyyən olunması məqsədilə ağacın dibindən torpaq nümunələri götürülüb.
“Hazırda faktla bağlı inzibati araşdırma davam edir, MMC-nin icarədarı Cavad Əliyev barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam edir”.(unikal)
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










