Maşında videosu yayılan keçmiş məktəb direktorundan YENİ XƏBƏR - VİDEO

2021-ci ildə məhkəmə qərarı ilə işdən uzaqlaşdırılan 23 saylı Kəlbəcər məktəbinin sabiq direktoru Həqiqət Şükürova məhkəməyə müraciət edib
Avtosfer.az-ın məlumatına görə, keçmiş direktorun məhkəməyə müraciəti yenidən işə bərpa olunması ilə bağlıdır. Bunun üçün o, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə H. Şükürovanın tələbini təmin edib. Təhsil Nazirliyi isə məhkəmənin qərarı ilə razılaşmayıb və qərardan apelyasiya şikayəti verib. Lakin birinci dəfə Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılmayıb və iş yenidən birinci instansiya məhkəməsinə göndərilib. Burada bir daha Həqiqət Şükürovanın iddiası təmin edilib və qərar yenə də Təhsil Nazirliyinin xoşuna gəlməyib. Bu səbəbdən nazirlik növbəti dəfə Nərimanov məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Hazırda iş Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun icraatındadır.
Qeyd edək ki, Binəqədi rayonunda yerləşən 23 saylı Kəlbəcər məktəbinin keçmiş direktoru H. Şükürova 2021-ci ilin may ayında avtomobilində çəkdiyi musiqili videoları ilə gündəmə gəlmişdi. O, bundan sonra məhkəmənin qərarı ilə işindən kənarlaşdırılmışdı. Daha sonra isə xanım direktor dələduzluqda ittiham olunaraq, hakim qarşısına çıxarılıb.
Lent.az
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











