Banner

Sumqayıtda maşından qızlara söz atan taksi sürücüsü qətlə yetirildi - TƏFƏRRÜAT - VİDEO

Xəbərlər 24 İyun 2022 14:09 Oxunub 1032
Sumqayıtda maşından qızlara söz atan taksi sürücüsü qətlə yetirildi - TƏFƏRRÜAT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən ilin sentyabr ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 31 yaşlı Elgün İsmayılov qətlə yetirilib.

Avtosfer.az xəbər verir ki, bundan sonra prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla məlum olub ki, qətl 32 yaşlı Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.

T.İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti ilə məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra T.İsmayılov E.İsmayılova etdiyi hərəkətin yanlış olduğu deyib.

Tərəflər arasında yaranan mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə nəticələnib. Bakı Ağır Cinayət Məhkəməsinin qərarı ilə Teymur İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı İTV-nin videomaterialını izləyə bilərsiniz:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh