Maska taxmadığına görə polislər kişini üç yaşlı uşağının gözü qarşısında qandalladılar - VİDEO

Xəbərlər 12 Mart 2021 16:13 Oxunub 730
Maska taxmadığına görə polislər kişini üç yaşlı uşağının gözü qarşısında qandalladılar  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Çexiyanın Uqersk-Qradişt şəhərində çəkilən video yayılıb. Kadrlarda bələdiyyə polisinin kişini üç yaşlı oğlunun gözü qarşısında saxlamasının kadrları əks olunub. Görüntülərdə uşağın köməksiz vəziyyətdə atasının ətrafında qaçması və ağlaması əks olunub.

Bu barədə “Haber Global” xəbər yayıb.

Video müəllifinin sözlərinə görə, yerli sakin uşağı bağçadan götürməyə gedibmiş. Mübahisə isə kişinin maska taxmaması ilə əlaqədar başlayıb.

“Bu mənim ərim və üç yaşlı oğlumdur. Yoldaşım aqressiv deyildi, sadəcə maska taxmaq istəməyib. Əgər kimsə mənim harada olduğum barədə maraqlanırsa, deyim, mən kovid şöbəsində idim və tənəffüs aparatına qoşulan pasiyentlərin qayğısına qalırdım. Ərimi şöbəyə aparıblar, uşağımı isə küçədə atasız qoyublar”, - deyə zərərçəkənin arvadı yazıb.

Kadrlar ictimaiyyətdə böyük narazılığa səbəb olub. Videoda əks olunan polislər yoxlamalar bitənə qədər vəzifədən uzaqlaşdırılıblar.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh