Maştağa sakinlərinin yol problemi niyə həllini tapmır? - VİDEO

Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmayıb.
"Yolsuzluqdan əziyyət çəkirik. Xəstə ölənə yaxın ambulans gəlib çıxır. Uşaqlar məktəbə palçığın içində gedib-gəlirlər", - deyə sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Maştağa qəsəbəsində qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir.
Qeyd olunub ki, Maştağa qəsəbəsi, Osman Sarıvəlli küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya proqramına əlavə edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










