MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır

Medianın İnkişafı Agentliyi (MEDİA) və "Euronews" telekanalının birgə əməkdaşlığı çərçivəsində "Euronews Academy"nin "TV və canlı jurnalistika" mövzusunda təlim proqramı fəaliyyətə başlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
İngilis dilində tədris olunacaq təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.
Təlimlər "Euronews" telekanalının televiziya yayımı sahəsində böyük təcrübəyə malik mütəxəssisləri – "Euronews"un Astana bürosunun rəhbəri Bojan Brkiç və "Euronews"un Avropa İttifaqı üzrə baş müxbiri Sergio Kantonenin iştirakı ilə keçiriləcək.
Cari ilin noyabr ayının ikinci həftəsini əhatə edən layihə çərçivəsində "Televiziya xəbərlərinin hazırlanması", "Televiziya reportajları və canlı yayım", "Xəbər istehsalı (yayıma hazırlıq)", "Kamera qarşısında danışmaq" və "Müsahibə" modulları istiqamətində tədris prosesi təşkil olunacaq.
Qeyd edək ki, kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Təlim proqramına müraciət qəbulu 1 noyabr 2025-ci il 18:00 tarixinədək davam edəcəkdir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










