Banner

Media orqanı digər KİV-in informasiyasından istinadsız istifadə edə bilməyəcək 

Xəbərlər 7 İyul 2021 13:19 Oxunub 1340
Media orqanı digər KİV-in informasiyasından istinadsız istifadə edə bilməyəcək 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda KİV-lərin digər media orqanlarına məxsus informasiyalardan hansı hallarda istifadə edə biləcəyi açıqlanıb.

Report-un məlumatına görə, “Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər.

Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri olduğu kimi digər media subyekti öz adından verə bilməz. Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh