Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq

Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Mərkəzin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR
Əli Əsədov iki qurumun fəaliyyərti ilə bağlı sərəncam imzaladı
Bəzi rayonlarda yollar dumanlı olacaq
Həbs edilən BNA əməkdaşlarından xəbər var - Qərar ləğv edildi
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı










