İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ

"Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilib:
1. 68-ci hissədə "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından - Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini" sözləri "Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından - Xidmətin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, Xidmətin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri, departament rəhbərləri və onların müavinləri, ərazi idarələrinin rəisləri və onların müavinləri" sözləri ilə əvəz edilib;
2. 69-cu hissədə "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından - Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri" sözləri "Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından - Xidmətin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini" sözləri ilə, "Komitənin ərazi bölmələrinin" sözləri "Xidmətin ərazi şöbələrinin" sözləri ilə əvəz edilib.
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam
Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!
İki idarə rəisini vəzifədən azad etdi
Yeni 100 manatlar buraxılır- Köhnələrin aqibəti NECƏ OLACAQ?








