Banner

Məhkumlar məzuniyyətə buraxılır - Penitensiar Xidmətdən YENİLİK

Xəbərlər 24 Oktyabr 2023 23:51
Məhkumlar məzuniyyətə buraxılır - Penitensiar Xidmətdən YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məhkumlar məzuniyyətə buraxılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısa müddətli səfərə buraxılıblar. 

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməmiş, məhkumlar yaxınları ilə görüşmüş, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıtmışlar. 

Məlumatımıza əsasən, indiyədək 8 nəfər məhkum ailə üzvlərini ziyarət etmiş və geri qayıdıb.

Sorğumuza cavab olaraq xəbəri Penitensiar xidmətdən təsdiqləyiblər.

Oxunub 1300
ŞƏRH YAZ
Ad

E-mail

Şərh