Banner

Meksika körfəzində yanğın - alov dənizin səthinə qalxdı - VİDEO

Xəbərlər 3 İyul 2021 11:30 Oxunub 1206
Meksika körfəzində yanğın - alov dənizin səthinə qalxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Meksika körfəzində “Pemex” neft və qaz şirkətinə məxsus sualtı boru xəttində yanğın baş verib.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 05:15-də başlayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Verilən məlumatlara görə, 78 metr dərinlikdə yerləşən boru xəttində qaz sızması baş verib. Lakin alovlanmanın səbəbi hələ ki, aydın deyil. Yanğının söndürülməsi üçün 5 saat vaxt sərf olunub.

Hadisə yerindən yayılmış videogörüntülərdə əriyən isti lavanı xatırladan alovların dənizin səthinə qalxdığını görmək olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh