Banner

Meksikada Baş Prokurorluğun təyyarəsi eniş zamanı “yuxuya getdi” - VİDEO

Xəbərlər 29 İyun 2023 19:25 Oxunub 1002
Meksikada Baş Prokurorluğun təyyarəsi eniş zamanı “yuxuya getdi”  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Meksikanın Mexiko şəhərində Felipe Anxeles Beynəlxalq Hava Limanında ölkənin Baş Prokurorluğunun təyyarəsində fövqəladə hadisə baş verib.

Təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub. Eniş zamanı hava gəmisinin ön şassisi açılmayıb. Buna görə də təyyarə sürətini azaltdıqdan sonra onun ön hissəsi uçuş-enmə zolağına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yalnız maddi ziyanın dəydiyi qeyd edilir.

Bildirilir ki, təyyarənin əvvəlcə başqa hava limanına enməsi nəzərdə tutulub, lakin şassidə yaranan problemlər səbəbindən aviasiya xidmətləri onu təcili eniş üçün daha yaxşı şəraitin olduğu paytaxtdakı hava limanına yönləndiriblər.

Hadisədən sonra hava limanının fəaliyyət rejimində dəyişiklik olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh