Meksikada güclü külək asma şüşə körpünü yararsız hala saldı - VİDEO
Xəbərlər
14 İyul 2022 18:14
Oxunub 1084

Meksikanın Puebla şəhərində yerləşən “Sky Bridge” (Səma Körpüsü) asma şüşə körpü əsən güclü küləyin təsirindən yararsız hala düşüb.
Şəhər sakinləri və turistlər güclü külək nəticəsində şüşələri qırılaraq ciddi zərər görən körpünün son vəziyyətini mobil telefonun kameraları vasitəsilə çəkərək ictimailəşdiriblər.
Qeyd edək ki, asma şüşə körpü ötən ilin dekabrında istifadəyə verilib.
Körpünün inşası 15 milyon dollara başa gəlib.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













