Banner

Məktəb direktorunun müəllimlərdən pul tələb etdiyi iddia edilir - VİDEO

Xəbərlər 19 Sentyabr 2022 22:08 Oxunub 1164
Məktəb direktorunun müəllimlərdən pul tələb etdiyi iddia edilir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müəllimlərdən pul tələb edilməsi ilə bağlı səs yazısı yayılıb.

İddiaya görə, səs yazısı Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivindəki 32 nömrəli orta məktəbin direktoruna aiddir.

Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, direktor Esmira İbrahimova sentyabrın 14-də müəllimlər üçün yaratdığı vatsap qrupuna səs ataraq onlardan 50 manat tələb edib. Yığılacaq pulun təhsil müəssisəsinin təmiri üçün nəzərdə tutulduğu deyilib.

Səs yazısında müəllimlərin maaşlarından pul tutulacağı bildirilib.

Çəkiliş apardığımız müddətdə səs yazısının aid olduğu iddia edilən direktor məktəbdə olmayıb. Telefonlara isə cavab verməyib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, adıçəkilən təhsil müəssisəsinin pedaqoji heyəti tərəfindən quruma hələ ki, müraciət daxil olmayıb. Qeyd edilib ki, yayılan səs yazısına operativ reaksiya verilib.

Baş Prokurorluqdan verilən məlumata görə, yayılmış səs yazısı ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh