Məktəbdəki atışmada şagirdlər pəncərələrdən tullanıblar - VİDEO
Xəbərlər 11 May 2021 14:00 Oxunub 1558
Məktəbdəki atışmada şagirdlər pəncərələrdən tullanıblar - VİDEO

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən atmağa məcbur qalıblar.

Avtosfer.az Reporta istinadən xəbər verir ki, hadisənin dəhşətli videogörüntüləri yayılıb.

Yaxınlıqdakı binalardan birindən çəkilmiş videogörüntülərdə iki şagirdin özünü binanın üçüncü mərtəbəsindən atdığını görmək olar. Bu zaman atəş səsləri eşidilir.

Digər şagirdlər aşağı mərtəbədəki pəncərələrdən atlayaraq qaçmağa çalışıblar.

Son məlumatlara görə, atışmada 13 nəfər həlak olub. Atəş açan saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh