Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı - Cəzasını ciddi rejimdə çəkəcək - VİDEO

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Mələk Zeynalova barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə M.Zeynalovanın şikayətini təmin etməyib, prokurorluğun protesti isə təmin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 8 il həbs cəzası ləğv edilərək yeni hökm çıxarılıb. Belə ki, M.Zeynalovanın 10 il azadlıqdan məhrum edilməsinə, cəzasını ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.
Qeyd edək ki, Ağdam rayon sakini olan M.Zeynalova xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketləri təşkil edəcəyi adı ilə onlarla vətəndaşı aldadıb. O, dələduzluq yolu ilə vətəndaşların 575440 manatını ələ keçirib.
Məhkəmə M.Zeynalovanı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.
Xatırladaq ki, 2023-cü ildə M.Zeynalova polis tərəfindən saxlanılarkən Daxili İşlər Nazirliyi (DİN) onun əməlləri ilə bağlı məlumat yaymış və əhaliyə müraciət etmişdi.
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO











