Məmmədli qəsəbəsində təhlükə mənbəyi olan bataqlıq - VİDEO

Paytaxtın Sabunçu və Abşeron rayonları arasında qalmaqallı bir ərazi var. Belə ki, iki ayrı rayona məxsus qəsəbənin arasında yerləşən Rəhim Əliyev küçəsinin bəzi öhdəliklərini Məmmədli, bəzilərini isə Kürdəxanı qəsəbəsi daşıyır. Sakinləri çaşdıran başlıca səbəblərdən biri də elə budur.
Avtosfer.az xəbər verir ki, bundan başqa adı çəkilən küçədə yaşayan sakinlər illərdir ki, onlara həm maddi, həm də fiziki problemlər yaşadan maneədən qurtula bilmirlər. Həmin o mane isə yaşadıqları ərazidə kanalizasiya xəttinin olmaması səbəbindən yığılan qurunt sularının yaratdığı çirkab bataqlığıdır. Hansı ki, bu infeksiyalı su yağış yağdığı zaman evlərin zirzəmisinə dolur.
Baku TV-nin müraciəti əsasında Sabunçu rayonunun Kürdəxanı icra nümayəndəsi Emil Əhmədov həmin əraziyə gəlib və oranın Kürdəxanıya yox, Məmmədli qəsəbəsinə məxsus olduğunu bildirib. Abşeron rayon Məmmədli qəsəbəsi bələdiyyəsindən isə bildirilib ki, problemdən xəbərləri var. Ərazi üzrə artıq layihə hazırlanır:
“Dediyiniz ərazi Abşeron rayonuna, inzibati vahidliyi isə Sabunçu rayonuna məxsusdu. Ərazi üzrə layihə var. Yaxın zamanda kanalizasiya xətti çəkiləcək”.
Bir ərazinin eyni zamanda ayrı-ayrı rayonların öhdəliyində olması heç də normal bir hal deyil. Bu həm sakinlərə, həm də rəsmi qurumlara böyük çətinliklər yaradır. Elə indi olduğu kimi... Hər halda sakinlərə böyük ziyan vuran bu məsələnin tezliklə həll olunacağına ümid edirik.
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək










