Banner

“Mən “uje” 1500 manatlıq cərimə etdim” - VİDEO

Xəbərlər 17 Dekabr 2025 12:23 Oxunub 118
“Mən “uje” 1500 manatlıq cərimə etdim” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Audiovizual Şuranın sədri İsmət Səttarov efirdə dil qaydalarının pozulması ilə bağlı 1000 manata qədər cərimələrin tətbiq ediləcəyini açıqlayıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əməkdar artist Tahir İmanov Şura sədrinin bu açıqlamasına instaqram hesabında paylaşdığı ironik video ilə münasibət bildirib.

“Televiziyada yeni cərimələr tətbiq olunub. Beleliklə, televiziya verilişində “ok” sözünü işlədən 500 manat cərimə olunacaq. “Vauu” sözünə görə 500 manat, “karoçi” sözünə görə də 500 manat cərimələnəcəksiniz. Mən “uje” 1500 manatlıq cərimə etdim. Üzr istəyirəm, “uje” dedim, cərimə 2000 min manat oldu. Amma televiziyada ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz, heç bir cərimə olmayacaq”, - Əməkdar artist vurğulayıb. 

Qeyd edək ki, bir müddət əvvəl İ.Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, “ok” sözü 104 dəfə səsləndirilib.

Onun sözlərinə görə, yanvardan etibarən bu məlumatlar telekanallara göndəriləcək. 3 aydan sonra Şura dil haqqında qanundan irəli gələrək 500 manatdan 1000 manata qədər cərimələr tətbiq edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh