Mənzil alarkən diqqətli olun - VİDEO

''Tikintisi davam etdirilən və ya istismarına icazə verilməyən binalardan mənzil almaq istəyən vətəndaşlar hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar''.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qurumun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, çoxmərtəbəli binalardan ev alarkən aldanmamaq üçün media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəy öyrənilməlidir. Bundan başqa, alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək də bu riski minimuma endirmiş olur.
Kənan Zeynalov qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq vacib addımlardan biridir.
Qurum rəsmisi əlavə edib ki, eyni mənzilin bir neçə nəfərə satılması və ya tikinti layihələrinin tamamlanmaması halları ilə bağlı 100-dən artıq vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











