"Mercedes" almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Nihad Raiq oğlu Əliyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, iclasda dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
Məlum olub ki, Nihad Əliyev tanışı Tamam Nəbiyevaya ABŞ-dən hərrac yolu ilə 2018-ci ildə istehsal olunmuş "Mercedes" markalı avtomobil gətirmək adı ilə onun Yasamal rayonunda yerləşən 161 min manatlıq mənzilini Qabil Yasin oğlu Abbasova notarius yolu ilə 110 min manata sataraq pulu götürüb. Ümumilikdə Tamam Nəbiyevanın bank kartından göndərilən məbləğlərlə birgə 234 461 manat pulunu tamah niyyəti ilə ələ keçirib.
Təqsirləndirilən şəxs Nihad Əliyev hakimin "özünüzü bu işdə təqsirli bilirsiniz?" sualına cavab verməyib və halının pis olması ilə əlaqədar məhkəmə prosesinin təxirə salınmasını istəyib.
Məhkəmə prosesi 17 sentyabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, zərərçəkən Tamam İsmayıl qızı Nəbiyeva orta məktəbin müəllimidir.
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO
Paytaxtda piyadaların təhlükəsizliyi artırılır - VİDEO
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTOLAR
Paytaxtın iki prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
Prezident Nazirliklə bağlı FƏRMAN İMZALADI
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq










