Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancdı - YENİLƏNİB

Mərkəzi Nəbatat Bağında ilan sancması ilə bağlı bizə hər hansı məlumat daxil olmayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Mərkəzi Nəbatat Bağının Mətbuat Xidmətindən verilib.
"Bağın ərazisinə təcili tibbi yardım avtomobili də daxil olmayıb. Yayılan xəbər tərəfimizdən araşdırılır", - deyə məlumatda bildirilir.
***
Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə.Heydərovu ilan sancıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir:
"Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











