Məşhur türkiyəli aktyorların ölümcül qəzadan əvvəlki GÖRÜNTÜLƏRİ - FOTO

Türkiyənin Amasiya şəhərində üç nəfərin həlak olduğu, səkkiz nəfərin yaralandığı qəzada mikroavtobusda olan məşhur teatr aktyorlarının faciədən əvvəlki görüntüləri ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiya “Haber Global” telekanalında yer alıb.
Görüntülər teatrın kollektivi yanacaqdoldurma məntəqəsində istirahət edərkən lentə alınıb. Aktyorlar qastrol haqqında fikirlərini səsləndirirlər.
“Yeddinci gün. Çorum. Son günümüzdəyik. Almaz kimi insanlardır. Onlara böyük alqışlar”, - deyən gənc aktyorun sözləri sosial şəbəkə istifadəşilərini xüsusilə təsirləndirib.
Qeyd edək ki, “Baş bəlası” adlı teatr tamaşasını səhnələşdirdikdən sonra Samsuna doğru qastrola yollanan teatr kollektivinin olduğu mikroavtobus TIR-la toqquşub.
Qəzada mikroavtobusda sıxılı qalan təşkilatçı Özgür Karataş, aktyor və rejissor Tolga Güleryüz və aktyor Burak Topçu hadisə yerində həyatlarını itiriblər.
Yaralı sürücü və mikroavtobusda olan Özgür Ayaz, Burak Gülçebi, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu, Ceyhun Fersoy və Filiz Özbek təcili yardım maşınları ilə regional xəstəxanalara aparılıblar.



Bizim.Media
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











