Banner

Meteohəssas insanların NƏZƏRİNƏ: Güclü geomaqnit qasırğası proqnozlaşdırılır

Xəbərlər 18 May 2025 16:14
Meteohəssas insanların NƏZƏRİNƏ:  Güclü geomaqnit qasırğası proqnozlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Günəşin cənub yarımkürəsində yerləşən böyük tac dəliyi mayın 18-də kosmik havaya və Yerin maqnit sahəsinə təsir göstərməyə davam edir.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Astronomiya laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.

Alimlər bildiriblər ki, Yer mayın 17-də dəliyin təsir zonasına daxil olmağa başlayıb. Hazırda planetimiz kifayət qədər ifrat xüsusiyyətlərə malik dəlikdən axan plazmaya tam qərq olub.

Mütəxəssislərin fikrincə, planetin yaxınlığında günəş küləyinin sürəti 700-800 km/s-ə çatır, ətrafdakı qazın temperaturu isə beş dəfədən çox artıb, yarım milyon dərəcə və daha yüksək təşkil edir.

Alimlər belə şəraitdə maqnit qasırğalarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.

Oxunub : 496
ŞƏRH YAZ
Ad

E-mail

Şərh