Banner

Metroda dəhşət; xoşbəxt qadına görə bıçaqlandılar - VİDEO - FOTO

Xəbərlər 7 Avqust 2021 12:55 Oxunub 1050
Metroda dəhşət; xoşbəxt qadına görə bıçaqlandılar - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tokioda qatarda sərnişinlərə hücum edərək 10 nəfəri bıçaqlayan şəxs motivlərini açıqlayıb.

Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, 36 yaşlı işsiz kişi xoşbəxt bir qadın görəndə onu öldürmək istədiyini deyib. Eyni zamanda, kimin qurban olacağı onun üçün maraqlı deyil. Cinayət yeri kimi metronu seçməsinə səbəb isə oradan qaçmağa yerin olmaması imiş.

“Bu şəkildə daha çox insanı öldürə biləcəyimə ümid edirdim”, - deyə o əlavə edib.

Qeyd edək ki, hücum avqustun 6-da həyata keçirilib. Polisin məlumatına görə, yeddi bıçaq zərbəsi alan tələbə qızın vəziyyəti ağırdır. Qalan doqquz nəfərin həyatı üçün isə təhlükə yoxdur. Hadisədən saat yarım sonra təcavüzkar qətlin baş verdiyi yerdən beş kilometr aralıdakı marketə girərək “xəbərlərdə axtarılan cinayətkar” olduğunu və gizlənməkdən bezdiyini deyib.

Bundan sonra polis onu həbs edib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh