Banner

Metroda ilkin tibbi xidmət hansı səviyyədədir? - VİDEO

Xəbərlər 10 Dekabr 2021 10:47 Oxunub 746
Metroda ilkin tibbi xidmət hansı səviyyədədir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün metronun "28 may" stansiyasında qəfil ürəktutmadan ölüm hadisəsi baş verib. Bu hadisə paytaxt sakinləri tərəfındən yenə eyni sualı ortaya qoydu: Metroda tibb məntəqəsi varmı, olmalıdırmı və ya ümumiyyətlə hazırda ilkin tibbi müdaxilə hansı səviyyədə göstərilir?

Avtosfer.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov indiyə qədər tibbi xidmətlə bağlı heç bir neqativ halın yaşanmadığını deyib. 

O ki qaldı metroda tibb məntəqələrinin yaradılmasına, Bəxtiyar Məmmədov deyib ki, bunun üçün zərurət olmalıdır.  

Bəxtiyar Məmmədov onu da bildirib ki, metropolitenin bütün işçiləri davamlı olaraq ilkin tibbi yardımla bağlı təlimlərə cəlb olunurlar və onların hazırlıq səviyyəsi mütəmadi şəkildə yoxlanır.

 

 

Xezerxeber.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh