Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Bakı metrosunda yaranan fasilənin səbəbi açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə açıqlama verib.
"Ötən ilin ilk tədris günü ilə müqayisədə sərnişin həddən artıq çoxdur. Hansı nasazlıqdan danışıldığını bilmirəm. Sadəcə, səhər pik saatlar başlayana qədər qatarların biri depoya getməli, digəri depodan çıxmalıdır. Qatar "Nərimanov" metrosundan elektrik deposuna gedəndə və əks istiqamətdən qayıdanda "Ulduz" - "Həzi Aslanov" istiqamətində iki dəfə artıq interval yaranır. Üstəlik, qapıların saxlanılması və sərnişin sıxlığını nəzərə alsaq, qısamüddətli gecikmələr mümkündür. Ancaq bu gecikmələr dərhal aradan qaldırılır. Başqa bir texniki problem yoxdur", - deyə B.Məmmədov bildirib.
***
Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb.
Bu üzdən "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" istiqamətində 6 dəqiqə gözləməli olub.
Avtosfer.az xəbər verir ki, hərəkətin dayanmasına səbəb metro qatarında yaranan nasazlıq olub.
Metropoliten rəsmilərinin hadisə ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











