"Meyvəli" bazarı yaxınlığındakı problemlə bağlı qurumdan RƏSMİ AÇIQLAMA - VİDEO

Lökbatan-Xocasən yolunu ("Meyvəli" ticarət mərkəzinin yaxınlığı) genişləndirmək üçün dəmir arakəsmələrin ləğv edilməsindən sonra vətəndaşlar problemlə qarşılaşıblar. Onlar iddia edirlər ki, torpağa bərkidilən dəmir sütunların üzəri asfaltla qapadılmayıb. Bu səbəbdən avtomobillərin təkərləri zədələnir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.
Avtosfer.az xəbər verir ki, qurumun mətbuat katibi Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, AAYDA-nın əməkdaşları əraziyə cəlb olunacaqlar.
"Hər bir halda, şikayət varsa, aidiyyəti üzrə məlumat veriləcək və əməkdaşlarımız əraziyə baxış keçirəcəklər. Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı hər hansısa problem ortaya çıxarsa, onun aradan qaldırılması istiqamətində qısa müddətdə işlər həyata keçiriləcək", - deyə Anar Nəcəfli qeyd edib.
Məsələni diqqətdə saxlayacağıq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










