MİDA yaşayış kompleksinin həyətində su xəttində baş verən qəza ARADAN QALDIRILDI
Xəbərlər
18 Noyabr 2025 14:36
Oxunub 198

Yasamal rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Müstəqillik küçəsində, MİDA yaşayış kompleksində su xəttində baş verən qəza Yasamal Rayon Sukanal İdarəsi tərəfindən aradan qaldırılıb. Problem həll olunub.
Xatırladaq ki, noyabrın 17-si sözügedən ünvanda su xəttinin partlaması nəticəsində küçəyə axan su gölməçə yaradaraq avtomobillərin və piyadaların hərəkətini çətinləşdirmişdi.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














