MİQ imtahanının qiyməti bu qədər olacaq

"MİQ-də iştirak etmək üçün təqribən 45-60 manat arasında vəsait ödəniləcək".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Təxminən hər il 10-12 min qeydiyyatdan keçən şəxslər həmin imtahanda iştirak etməkdən imtina edirlər. Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşılanması çətin olur. Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm, təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, təxminən 45-60 manat arasında müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”, - deyə şöbə müdiri bildirib.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











