Milli Məclisə yeni sədr seçildi - YENİLƏNİB
Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.
Komitə sədri seçilən deputatlar aşağıdakılardır:
Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri
Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri
Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri
Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri
Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri
Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri
Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri
Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri
Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
***
Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
Avtosfer.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.
***
VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.
Avtosfer.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.
Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.
***
Sahibə Qafarovanın namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasda irəli sürülüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib.
Qeyd edək ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Xatırladaq ki, Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
***
Deputat Ziyafət Əsgərovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Z.Əsgərov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Z.Əsgərov V çağırış Milli Məclis sədrinin birinci müavini olub.
***
Əli Əhmədovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Avtosfer.az trendə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.
Parlament seçkisində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq edib.
Qeyd edək ki, Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvüdür.
***
Rafael Hüseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.
Avtosfer.az xəbər verir ki, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Hüseynovun namizədliyi dəstəklənib.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
***
Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.
Avtosfer.az xəbər verir ki, Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub.
***
Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
Avtosfer.az xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
(apa)