Milli Qəhrəmanın anası İlham Əliyevə təşəkkür məktubu göndərdi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
Avtosfer.az xəbər verir ki, Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.
Məktubda deyilir: "Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.
Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Allah sizi başımızın üstündən heç vaxt əskik etməsin.
Sizə uzun ömür, can sağlığı arzu edirik".
Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.

Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT











