Nömrəsiz "BMW" ilə polisdən qaçan, "07"nin baqajına "kubik" yığanlar saxlanıldı - FOTO - VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əvvəlcə yolun müəyyən edilməyən hissəsindən keçərək özləri və digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan piyadalar müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və qaydalara riayət etmələrinin vacibliyi izah edilib.
Daha sonra gecə saatlarına qədər davam edən yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, qarşı hərəkət zolağına çıxan,sürücülük hüququ olmadan avtmobil idarə edən sürücülər aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Həmçinin, sürücü Kamil Əhmədov istifadəsində olan “BMW” markalı avtomobili üzərində dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün inspektor tərəfindən saxlanılıb. Sürücüyə bu kimi halın yolverilməz olduğu izah edilsə də, o, qanuni tələbə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə K.Əhmədov 10 sutka inzibati həbs edilib.
Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO

















