Mingəçevirdə oğul ananı öldürüb - YENİLƏNİB

Xəbərlər 1 Yanvar 2021 19:38 Oxunub 2316
Mingəçevirdə oğul ananı öldürüb - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mingəçevirdə anasını öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, 1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını çəkiclə vuraraq qətlə yetirməkdə şübhəli sayılan oğlu – 1981-ci il təvəllüdlü İslam Əhmədov saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib. İ.Əhmədov anası A. Əhmədovanı çəkiclə vuraraq öldürüb.

 

17.14

Mingəçevirdə oğul ananı öldürüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib.

Oğul 1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını çəkiclə vuraraq öldürüb.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh