MN: Azad edilmiş ərazilərdə 29113 ha minalardan təmizlənib - VİDEO

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari il ərzində 15620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Əsas səylərin azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mina təmizlənmə işlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ











