Banner

Mobil telefonda qızıl külçələr gizlədildi

Xəbərlər 13 Dekabr 2025 11:11 Oxunub 138
Mobil telefonda qızıl külçələr gizlədildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a İdarədən məlumat verilib.

Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, “Dyson” markalı saç feni və digər mallar aşkarlanıb.

Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan “Body-Scan” cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqablarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh