Moped sürücüsündən kobud qayda pozuntusu - VİDEO
Xəbərlər 4 May 2021 11:30 Oxunub 242
Moped sürücüsündən kobud qayda pozuntusu  - VİDEO
Moped sürücüləri niyə özlərini yolların hakimi kimi aparır?

Pandemiya ilə əlaqədar olaraq evlərə yemək sifarişinin artması ilə bərabər şəhərdə moped sürücülərinin sayı nəzərə çarpacaq dərəcədə çoxalıb. Addımbaşı yollarda qarşımıza çıxan mopedçilər həm avtomobillərə, həm də piyadalara az çətinlik yaratmır.  Onlar ciddi qayda pozutularına yol verirlər; işıqfora məhəl qoymurlar, piyadalara yol verimlər, yolun əks istiqamətinə çıxırlar. Mütəmadi olaraq Avtosfer.az-da belə görüntüləri sizə təqdim edirik. 
Oxucularımızdan biri saytımıza daha bir video göndərib. Görüntülər Bakıxanov küçəsində qeydə alınıb. Moped sürücüsü qoşa xəttlə ayrılmış  yolun əks istiqamətinə çıxır və elə hərəkətinə də bu yolda davam edir. Sanki bütün yollar onlarındır. Bu arxayınlığın səbəbi nədir? Onlar kiçik həcmli olduqları üçün nəzərəmi çarpmırlar, yoxsa nə? Belə hallara yol vermək olmaz. Bir daha vurğulayırıq ki, qaydalar hamı üçündür. 
 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh