Banner

Moskva-İrəvan-Moskva aviareyslərinin qiymətləri kəskin artaraq 1250 dollara çatıb

Xəbərlər 5 Mart 2022 12:59 Oxunub 1036
Moskva-İrəvan-Moskva aviareyslərinin qiymətləri kəskin artaraq 1250 dollara çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər Moskva-İrəvan-Moskva aviareyslərinin qiymətləri kəskin artaraq 250 dollardan 1250 dollara çatıb.

Moderator.az xəbər verir ki, bu barədə “JOEL” beynəlxalq nəqliyyat və turizm şirkətinin direktoru Sona Yeqiazaryan NEWS.am müxbirinə müsahibəsində bildirib.

Gediş-dönüş biletlərinin qiyməti 1250-1350 dollar arasında dəyişir. Baqajla qiymət 1300 dollar təşkil edir.

"Eyni zamanda, NORDWIND aviabiletlərinin qiyməti 2000 dollara çatır", -  deyə Yeqiazaryan bildirib.

Onun sözlərinə görə, aviabiletlərin belə əhəmiyyətli artımı Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar nəticəsində baş verib.

Beynəlxalq nəqliyyat və turizm şirkətinin rəhbəri onu da qeyd edib ki, bu ilin fevralında eyni aviabiletlərin qiyməti 200-250 dollar arasında dəyişib.

Eyni zamanda, bir neçə turizm şirkətinin nümayəndələri yalnız biznes klass biletlərinin qaldığını açıqlayıblar.

Agentliyimizə o da bildirilib ki, “Ural Hava Yolları” yaxın günlərdə İrəvan-Moskva reysləri həyata keçirməyəcək. Problem Sibir Hava Yollarının (Siberia Airlines) A320 təyyarələrinin uçuşlarına qadağa qoyulması ilə əlaqədardır. Qeyd edək ki, S7 Airlines "Airbus" təyyarələri ilə bütün beynəlxalq uçuşları ləğv edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh