Banner

Moskvanın İran dronları və Çin hərbi texnikasına marağı artıb

Xəbərlər 30 Avqust 2022 17:14 Oxunub 996
Moskvanın İran dronları və Çin hərbi texnikasına marağı artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nüfuzlu “The New York Times” qəzetinin xəbərinə görə, İranın pilotsuz uçuş aparatlarının ilk partiyası Rusiyaya çatdırılıb. Rusiyanın yük təyyarələrinin həmin dronları Tehrandan 19 avqustda gətirdikləri yazılıb. Bundan başqa iranlı mütəxəssislərin rusiyalı həmkarlarına dronların idarə olunmasıyla bağlı təlimlər keçəcəyi bildirilib. Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, İranın Xarici İşlər Nazirliyinin rəsmisi bu xəbəri təkzib etsə də, nüfuzlu nəşrin məlumatının doğru olub-olmadığı yaxın aylarda bəlli olacaq.

- Rusiyaya dronlar Ukrayna ərazisindəki hərbi texnika və canlı qüvvəyə zərbələr endirmək üçün lazımdır. Əgər müharibənin gedişatında dronların qalıqları aşkar edilərsə, İranın Rusiyaya pilotsuz uçuş aparatları verdiyi təsdiqlənəcək. Rusiya ona gərəkli dronları Çindən də ala bilər. Ancaq hələ ki, bu mövzuda Çinin adı çəkilmir. Buna baxmayaraq, Vaşinqton Çinin də Rusiyaya hərbi texnika göndərəcəyindən ehtiyat edir. Rusiya Ukraynada itirdiiyi hərbi texnikaya əvəz axtarır. Rusiyanın hərbi sənaye kompleksi itkilərin yerini qısa müddətdə doldurmaq imkanında deyil. Ona görə Moskvanın İran dronlarına və Çinin hərbi texnikasına marağı artıb, - ekspert qeyd edib.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh