Banner

Motokuryerlər nəqliyyat vasitələrinin duracağa yerləşdirildiyini İDDİA EDİR - VİDEO

Xəbərlər 22 Yanvar 2025 19:57 Oxunub 266
Motokuryerlər nəqliyyat vasitələrinin duracağa yerləşdirildiyini İDDİA EDİR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkədə qayda pozan motokuryerlərin saxlanılaraq motosikletlərinin duracağa aparılması ilə bağlı video yayılıb.

Avtosfer.az xəbər verir ki, bu gün günorta saatlarında Bakının Nəsimi rayonunda motokuryerlər yol polisi tərəfindən saxlanılaraq motosikletlərinin cərimə meydançasına aparılması ilə bağlı şikayətləniblər.

Belə ki, motosiklet sürücüləri deyib ki, Dövlət Yol Polisinin əməkdaşları rayonun Neftçilər prospektində Dəniz vağzalının qarşısında onları saxlayıb və hansısa protokol tərtib etmədən motosikletləri duracağa aparılmaq üzrə evakuasiya edilib. Baş verən hadisəni telefonla çəkən motokuryerlər iddia edib ki, bunun üçün əraziyə post-patrul əməkdaşları da çağırılıb və hətta sürücülərdən biri 34-cü polis bölməsinə aparılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisinə müraciət etdik. Qurumdan məsələ ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra açıqlama veriləcəyi bildirildi.

Sosial şəbəkədə yayılan həmin videonu sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh