Müasir dayanacaqlar hansı hallarda quraşdırılır? - RƏSMİ CAVAB

Avtobus dayanacaq pavilyonları Dövlət Standartı (AZS 954-2024) və Nazirlər Kabinetinin 73 nömrəli Qərarına əsasən quraşdırılır. Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır.
Avrosfer.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda həmçinin qeyd edilir ki, mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur:
"Dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan və gün ərzində 20 sərnişindən çox minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun quraşdırılmasına yol verilir. Sərnişin axınına uyğun olaraq kiçik, orta və böyük ölçülü pavilyonlar quraşdırılır.
Avtobus dayanacaq pavilyonlarının texniki vəziyyətinə AYNA tərəfindən mütəmadi olaraq monitorinq və texniki nəzarət həyata keçirilir. Agentlik tərəfindən Bakı şəhərinin inzibati ərazisində yerləşən dayanacaqların ümumi vəziyyətinin qiymətləndirilməsi məqsədilə vaxtaşırı yoxlamalar aparılır. Bununla yanaşı, müraciətlər əsasında da yoxlamalar təşkil olunur. Monitorinqlər zamanı pavilyonlarının konstruksiyası və elementlərinin vəziyyəti yoxlanılır. Aşkarlanan nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülür".
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









