Müdafiə Sənayesi Nazirliyində daha bir KADR DƏYİŞİKLİYİ - YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Peyk Zavodu" MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.
O, vaxtilə nazirliyə məxsus "Alov Zavodu"nun direktoru olub.
Xatırladaq ki, "Peyk Zavodu" 1993-cü ildə Fransanın "M.U.P. İndustrie G.İ.E." konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.
***
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.
O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.
Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!










