Bu yol 1 həftə bağlı olacaq

Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində təmir işləri aparılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam










