Mühafizəçi işlədiyi bağ evindən 35 min manatlıq qızıl oğurlayıb - VİDEO

Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən 35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib. Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI













