Banner

Nabran meşəliyinə istirahətə gedənlərin DİQQƏTİNƏ - Ehtiyatlı olun - VİDEO

Xəbərlər 29 İyul 2022 23:08 Oxunub 1558
Nabran meşəliyinə istirahətə gedənlərin DİQQƏTİNƏ - Ehtiyatlı olun  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmaz rayonunda meşəlik ərazilərdə ağaclara həşəratlar daraşıb. "Tək ipəksarıyan kəpənəyi" adlı bu həşəratlar ağaclara ciddi ziyan vurur. Bu həşəratlar əsasən ağacların yarpaqlarında və qabıqlarında yaşayır. Onların qida mənbəyi əsasən yarpaq olduğundan ağaclara böyük ziyan dəyir. Həşəratların meşələrə daraşması istirahət məkanlarına da təsir göstərib. Dərmanlama və dezinfeksiya işləri aparılsa da, hələlik təsiri yoxdur.

 

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, respublika ərazisində zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə mütəmadi olaraq fitosanitar monitorinqlər aparılır. Monitorinqlər zamanı Yalama Milli Parkı və yaxınlığında yerləşən istirahət mərkəzləri, eləcə də Xudat meşəbəyliyi sərhədində tək ipəksarıyan kəpənəyinin kütləvi çoxalması müşahidə edilib. Bu kəpənəklərin insan sağlamlığı üçün təhlükəli olmadığı, yalnız bitkilərin görünüşünə və məhsuldarlığına mənfi təsir göstərdiyi bildirilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh