Banner

Narkokuryerdən 8 kiloqram heroin götürüldü - FOTO - VİDEO

Xəbərlər 10 Fevral 2025 12:08 Oxunub 466
Narkokuryerdən 8 kiloqram heroin götürüldü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlı Mirtaleh Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ondan 8 kiloqram heroin aşkarlanıb.

Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh